AZ

DİQQƏT: Yasamal sakinlərinə xəbərdarlıq edildi

Yasamal rayonu, Z. Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin və Z.Xəlilov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Seçilən
111
1
bizim.media

10Mənbələr