Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrininöz aralarında vizasız rejim tətbiq etməli və xarici turistlər üçünbölgə boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimiyaratmalı olduğunu bildirib.
Trend xəbər verirki, bu fikri o, Tacikistanla sərhədin delimitasiyası prosesininbaşa çatmasını şərh edərkən "Facebook" hesabında səsləndirib.
"İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejim tətbiqetməli, digər ölkələrdən gələn turistlər üçün isə Şengen vizasıkimi bütün regionda sərbəst hərəkət imkanı verən vahid vizarejiminə keçməlidir", – deyə Japarov vurğulayıb.