AZ

“Trampın elçisinin Bakıya qəfil səfəri Ermənistana siqnaldır” - Ramiz Yunus

“ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinə daxil olan onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun Bakıya gözlənilməz səfəri Ermənistana bir siqnaldır”.

“AzPolitika” bildirir ki, bu barədə ABŞ-də yaşayan siyasi təhlilçi Ramiz Yunus bildirib.

Ekspert hesab edir ki, Azərbaycan Prezidentinin Bakıda keçirilən beynəlxalq forumda dünənki çıxışında həm İrəvan, həm də Bayden və Blinkenin təmsil etdiyi əvvəlki ermənipərəst administrasiya ilə bağlı Vitkoffun səfəri ərəfəsində səsləndirdiyi sərt tonu Ermənistanın dünyadakı erməni mərkəzli havadarlarına bir siqnal hesab etmək olar.

Onun sözlərinə görə, ölkəmizin regiondakı mühüm geosiyasi rolunu, o cümlədən rəsmi Bakının Türkiyə və İsraillə strateji əlaqələrini nəzərə alaraq, Azərbaycanın “İbrahim razılaşmaları”na daxil edilməsi məsələsi gündəmdə olacaq ki, bu da Prezident Trampın Yaxın Şərq siyasətində əsas prioritetdir.

“Həm də olduqca diqqətəlayiq haldır ki, Vitkoffun Bakıya səfəri ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bütün bəndləri üzrə yekun razılaşma rəsmi şəkildə elan edilib. Böyük siyasətdə heç bir təsadüflər yoxdur, daha çox dünyada və regionumuzda hökm sürən təlatümlərdə tarixə sülhməramlı kimi düşmək və Nobel Sülh Mükafatını almaq istəyən prezident Trampın arzusu getdikcə reallaşır. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi: “Qaliblər təsadüflərə inanmazlar”, - Ramiz Yunis fikirlərini yekunlaşdırıb.

“AzPolitika.info”

Seçilən
20
azpolitika.info

1Mənbələr