
“Ulusum”.az-ın məlumatina görə, Sky News xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff Moskvada cəmi 12 saat qalıb və Kremldən Ukrayna ilə bağlı aydın şərtlərlə ayrılıb. Rusiya tərəfi atəşkəs sazişinin imzalanması üçün Moskvanın fikrincə yerinə yetirilməli olan tələblərin siyahısını təqdim edib.Telekanalın məlumatına görə, Vitkoff Rusiyaya Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarından sonra 30 günlük atəşkəs təklifi ilə gəlib. Bununla belə, Kreml açıq şəkildə bəyan edib ki, atəşkəs rejimini yalnız fundamental şərtlər yerinə yetirildiyi təqdirdə müzakirə etməyə hazırdır.Nəşr qeyd edir ki, Moskvanın əsas tələbləri arasında Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, NATO-nun sülhməramlı qüvvələrinin ölkə ərazisində olmaması və Rusiyanın Ukraynadan ayrılmış regionlar üzərində nəzarətinin möhkəmləndirilməsi daxildir. Rusiya prezidenti Vladimir Putin bu mövqeləri daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransı zamanı səsləndirib.
Diqqət Çəkənlər
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda
Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
DİN vətəndaşlara müraciət etdi - VİDEO