Demokrat.az xəbər verir ki, hər il olduğu kimi, bu il də Bakı Novruzun gəlişi münasibətilə xüsusi olaraq bəzədilib. Paytaxtda əsl bayram ab-havası yaradılıb.
Bu əhval-ruhiyyə xüsusən də Dənizkənarı Milli Parkın ərazisində hiss olunur. Bu məkan Novruz atributları, baharın rəmzi sayılan rəngbərəng zanbaqlarla al-əlvan rəngə boyanıb. Burada səməni, qoğal, boyanmış yumurta və s. formasında işıqlı konstruksiyalar quraşdırılıb.
Novruzun əsas personajları sayılan Kosa və Keçəl də Dənizkənarı Milli Parkıda insanları əyləndirməklə həm məşq edir, həm də bayram əhval-ruhiyyəsi yaradırlar.
Bununla bağlı görüntüləri təqdim edirik: