17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində mübarizəyə start verir.
Msport.az xəbər verir ki, yığmamız bu gün ilk oyununa çıxacaq.
B Liqasının 6-cı qrupunda yer alan komandamız Albaniyada yerli kollektivlə qarşılaşacaq. Görüş Elbasan şəhərində yerləşən “Elbasan Arena”da baş tutacaq. Lüksemburqlu Jeremi Müllerin idarə edəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.