Bakı. Trend:
Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəkidiplomatiyası yüksək qiymətləndirilib.
Trend COP29sədrliyinə istinadən xəbər verir ki, bu barədə İqlim vəmünaqişələrdən əziyyət çəkən ölkələr Şəbəkəsinin ötən ay Abu-Dabişəhərində keçirilən ilk Strateji İclasının nəticəsi olaraq dünənqəbul edilən Birgə bəyanatında qeyd olunur.
Bu münasibətlə COP29 sədrliyinin yaydığı rəsmi məlumatdaŞəbəkənin bu mühüm mövqe sənədinin qəbulu etməsi ötən il Bakıdakeçirilmiş BMT İqlim Konfransında təsis edilmiş platformanıninkişafında vacib addım kimi qiymətləndirilir.
Qeyd olunur ki Azərbaycanın bu il davam edəcək COP29 Sədrliyinintəşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlərNazirliyinin (XİN) ev sahibliyi ilə təşkil edilən ŞəbəkəninStrateji iclası, iqlim dəyişiklikləri və münaqişələrə həssasölkələrin hökumət üzvlərini, beynəlxalq təşkilatları və maliyyəinstitutlarını bir araya gətirib. Tədbirdə həssas ölkələr üçüniqlim maliyyəsinin təmin edilməsi və milli potensiallarıngücləndirilməsi istiqamətində konkret addımlar müzakirə edib.
İclasın yekunu olaraq COP29 sədrliyinin dəstəyi ilə davam etmişəlaqələndirmə işi nəticəsində qəbul edilmiş Şəbəkənin BirgəBəyanatı və birgə fəaliyyəti üzrə Yol xəritəsi, qrupa daxil olanölkələrin birgə fəaliyyəti üçün vahid mövqe formalaşdırmaqlayanaşı, konkret layihələrin icrasını də nəzərdə tutur.
Birgə Bəyanatda Azərbaycan hökumətinə, COP29 zamanı irəlisürdüyü “Sülh, yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair BakıÇağırışı”na görə xüsusi təşəkkür ifadə edilib. Eyni zamanda, butəşəbbüs çərçivəsində yaradılmış Bakı İqlim və Sülh FəaliyyətiMərkəzinin, "humanitar yardım, inkişaf, sülh quruculuğu vəiqlim sahəsində çalışan tərəfdaşlar arasında əməkdaşlıq üçün unikalmexanizm" olduğu vurğulanır.
COP29-un məlumatında qeyd olunur ki, Azərbaycan Sədrliyi BakıMərkəzi ətrafında yaradılmış birgə tərəfdaşlıq platformasıvasitəsilə Şəbəkəni dəstəkləməyə, iqlim, münaqişə və humanitarehtiyaclara həssas ölkələrin milli potensiallarını gücləndirməyə və"Yaşıl Dünya üçün Həmrəylik" prinsipinə əsaslanaraq birgəfəaliyyəti təşviq etməyi bundan sonra da davam edəcək.
Qeyd edilməlidir ki, sözügedən Şəbəkə, BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (UNFCCC) ötən il Bakıda keçirilmiş29-cu Tərəflər Konfransında yaradılmışdır. Həmçinin, həminkonfransda qəbul edilmiş Bakı Sülh Çağırışına əsasən, BakıMərkəzinin COP29 Sədrliyinin himayəsi altında Bakı şəhərindəyerləşəcəyi qərara alınıb.