Ukraynanın müdafiə naziri Rustem Umerov ABŞ nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcəyi Ər-Riyada səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” Səudiyyə Ərəbistanı dövlət televiziyasına istinadən məlumat yayıb.
Eyni zamanda, Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar aparılır. Görüş The Ritz-Carlton otelində təşkil olunub. Bundan əvvəl Səudiyyə Ərəbistanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları jurnalistlərdən otelin ərazisini tərk etmələrini xahiş ediblər.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqlarda ciddi problemləri müzakirə edirlər.