1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu günlərdə Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumu keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi işğaldan azad olunmuş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər.
"İraq Türkləri Mədəniyyət və Yardımlaşma" Birliyinin sədri Əyyub Kərəmin Füzulidə təsirli çıxışı sosial mediada geniş yayılıb.