Rusiyalı milyarder Roman Abramoviçin "Eclipse" adlı lüks yaxtası Muğlanın Marmaris qəsəbəsində, digər yaxtası isə "My Solaris" Göcekdə lövbər salıb.
Son 3 ildə Bodrum-Fethiye-Marmaris arasında hərəkət edən Abramoviçin yaxtalarının Egey dənizindən nə vaxt ayrılacağı məlum deyil.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə rusiyalı milyarder Roman Abramoviçin “Eclipse” və “My Solaris” adlı lüks yaxtaları 2022-ci ilin mart ayında Türkiyəyə gəlib. 2022-ci ilin mart ayında Bodruma gələn "My Solaris" əvvəlcə Marmarisə, sonra Göcekə aparılıb və təxminən 9 ay gözlədikdən sonra lövbər salıb.
Rus milyarderin digər yaxtası “Eclipse” 2022-ci ilin mart ayında əvvəlcə Marmarisdən, sonra isə 2023-cü ildə Göcekdən Bodruma gətirilib. Daha sonra 'Eclipse" 2024-cü ildə yenidən Marmarisdə lövbər salıb. Son 3 ildə Muğlada lövbər salan milyon dollarlıq lüks yaxtaların Muğla körfəzlərində nə qədər qalacağı məlum deyil. 164 metr uzunluğunda, 22 metr enində, 6 mərtəbəli 'Eclipse" xüsusiyyətləri ilə diqqət çəkir.
Təxminən 1,2 milyard dollarlıq bazar dəyəri olan “Eclipse" 3 üzgüçülük hovuzu, özəl kinoteatr, dalğıc və su idmanı avadanlıqları və 2 mini sualtı qayığa malikdir. 139 metr uzunluğunda və 26 metr enində Bermud adalarının bayrağını dalğalandıran 'My Solaris"də helikopter meydançası və üzgüçülük hovuzu var.
Digər tərəfdən, 21 mart 2022-ci ildə "My Solaris" gəmi estakadasına yanaşmaq üzrəykən, müharibə səbəbiylə ölkələrinə dönə bilməyən və Bodrumda olan Ukraynalı yelkən idmançıları, bir gəmiyə minərək etiraz etmək üçün Kumbahçe sahilinə gəldilər. Ukrayna bayraqlarını açan idmançılar “Müharibəyə yox” şüarı səsləndiriblər.