Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşündən öncə bir dəqiqəlik sükut olacaq.

Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, oyundan əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi yad ediləcək.

Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda əksini tapacaq.

Xatırladaq ki, "Neftçi"nin keçmiş qapıçısı, eləcə də teleşərhçi işləmiş Ç.İsmayılov martın 23-də 89 yaşında dünyasını dəyişib.