Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilmiş İHA-122 səsdən sürətli raketinin “Bayraktar TB3” pilotsuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.
“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Bayraktar TB3”dən ilk dəfə atılan İHA-122 raketi 50 km uzaqlıqdakı hədəfi dəqiqliklə vurub.
Qeyd edək ki, “Roketsan” şirkətinin hazırladığı İHA-122, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli raketdir. O, şirkət istehsalı olan “yer-yer” tipli TRG-122 raketinin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-122 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir