AZ

Azərbaycan diplomatiyasından insanlıq dərsi...

Rəsmi Bakı Suriyadakı kimsəsiz uşaqlara sadəcə çörək deyil, həm də ümid bəxş edir...

Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib. Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov qeyd edib ki, bugünkü mərasimdə qayğıya ehtiyacı olan uşaq 500 uşaq iştirak edib. Bütövlükdə isə üç  gün boyunca davam edəcək tədbirin 1000 nəfərə qədər uşağı əhatə edəcəyini bildirilib.

Azərbaycanın Suriya səfirliyinin məlum addımı sadəcə ölkəmizdə deyil, bütün dünyada təqdirlə qarşılanıb. Bu addım ölkəmizin xeyirxahlığının, humanizminin, bəşəri dəyərlərə olan hörmət və ehtiramının göstəricisi olmaqla yanaşı, həm də dünyanın harasında olmasından asılı olmayaraq, insan həyatına, insan faciəsinə olan həssas münasibətini göstərir. Azərbaycanın Suriyadakı səfirliyi bu gün də müharibənin odunu-alovunu öz üzərində hiss edən Dəməşqdə təşkil etdiyi iftar süfrəsi ilə bütün dünyaya göstərdi ki, rəsmi Bakı milli maraqlarla yanaşı, həm də ümumbəşəri maraqların keşiyində dayanmaqda, bütün insanlığın mənafeyini müdafiə etməkdədir.

Səfirliyimizin Suriyada təşkil etdiyi iftar süfrəsinin digər bir önəmi isə, diplomatiyamızın Suriyadakı kimsəsiz uşaqlara sadəcə çörək deyil, həm də yaşama, gələcəyə, insanlığa dair ümid bəxş etməsidir. Hansı ki, bu ümid onlar üçün çörəkdən daha vacib, daha önəmlidir. Onlar bu ümidə sarılaraq sabahlara doğru inamla addımlayacaq, ürəklərində doğma vətənlərinə sonsuz məhəbbətlə yanaşı, həm də Azərbaycan sevgisi daşıyacaqlar. Və bundan sonra onların ruhən iki vətəni olacaq: Suriya və Azərbaycan!

Seymur ƏLİYEV

 

Seçilən
39
moderator.az

1Mənbələr