AZ

Azərbaycanın Suriyadakı səfirliyi 3000 uşağa iftar verib

Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası təşkil edib.

Üç günlük proqram çərçivəsində 3000 suriyalı uşağa müqəddəs Ramazan ayında iftar verilib.

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun iştirakı ilə paytaxtın Məzzə məhəlləsində 500 uşaq üçün iftar süfrələri qurulub.

Məlumata görə, üç gün davam edəcək proqramda, ümumilikdə, 3 min kimsəsiz uşağa iftar veriləcək.

Tədbirdə Elnur Şahhüseynov çıxış edib.

Seçilən
38
anspress.com

1Mənbələr