AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi onun vəfatından kədərləndiyini bildirir, futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, 1955–1962-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Çingiz İsmayılov 1986-1994-cü illərdə bu komandanın rəisi vəzifəsində çalışıb. Uzun illər televiziyada futbol şərhçisi kimi fəaliyyət göstərən Çingiz İsmayılov 2022-ci ilin dekabrında “Tərəqqi” medalı ilə təltif edilib.