Bakı. Trend:
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinəcəhd ittihamı ilə məhkəməyə çıxarılacaq.
Trend xəbər verirki, bu barədə ölkənin Ali Məhkəməsi 26 mart tarixli iclasda qərarqəbul edib. Hakimlər, prokurorluq tərəfindən irəli sürülmüşittihamların cinayət prosesinin başlanması üçün kifayət qədər əsasolub-olmadığını müzakirə edərək yekdilliklə müsbət cavabagəliblər.
Bolsonarunun yanında, 30-dan çox şəxs də ittiham aktında yeralıb və onlar müttəhimlər sırasına daxil edilib.
Braziliyanın keçmiş prezidenti 2022-ci ilin oktyabr ayındaseçkilərdə məğlub olmuşdu. Yeni prezident Lula da Silvanın andiçməmərasimindən bir həftə sonra, Bolsonarunun tərəfdarları ölkəninparlament və Ali Məhkəmə binalarına, həmçinin prezident sarayınahücum edərək iğtişaşlar törətmişdilər. Bu hadisələr nəticəsindəyüzlərlə insan saxlanılmışdı.
Polisin versiyasına görə, Bolsonaro çevriliş cəhdininplanlaşdırılması və təşkilində əsas rol oynamışdır. Lakin keçmişprezident ittihamları rədd edərək, təqibini siyasi motivliadlandırıb.
2023-cü ilin iyununda məhkəmə Bolsonaroya səkkiz il müddətinəseçkili vəzifələrə namizədliyini irəli sürmək hüququnu qadağanetmişdi.