Mövzu haqda daha ətraflı məlumat almaq məqsədilə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Dünya futbolunda da bu təcrübədən istifadə olunur. Bir çox oyunçunun fərdi fizioterapevti və məşqçisi var. Kadi də məhz bu sistemlə çalışır. "Ferentsvaroş"da çıxış etdiyi vaxt da bəzi dövrlərdə fərdi məşqçilərlə çalışıb. Komandamızın başqa futbolçularında da belə hallara rast gəlinib. Həmin məşqçilər müəyyən dövrlərdə oyunçularla işləyir və məsələyə daha dərindən yanaşa bilirlər, fərqli proqramlar vasitəsilə iş görürlər. Nəticədə futbolçunun daha yaxşı səviyyəyə çatmasına dəstək olurlar".
Maraq üçün qeyd edək ki,Karvalyo Kadiyə əvvəlki klubları "Krasnodar" və "Ferentsvaroş"da da fərdi məşqlər keçib.KƏNAN BAHADIR