AZ

İlqar Aslanov: "Bu dəfə rəqibdən çəkinmədik"

"Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik".

İdman.biz xəbər verir ki, bunu futzal üzrə 19 yaşadək futbolçulardan ibarən Azərbaycan yığmasının İlqar Aslanov federasiyasnın mətbuat xidmətinə açıqlamasında deyib.

O, Avropa çempionatının əsas mərhələsində Xorvatiya ilə keçirilən oyunda qeydə alınan 3:3 hesablı heç-heçəni şərh edib: “İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.

Qeyd edək ki, millimiz ilk oyunda Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
62
5
idman.biz

10Mənbələr