AZ

Ukrayna-Azərbaycan Döyüşçü Qardaşlıq İcması iftar verib

Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Kiyevdə hər il keçirilən və Ukraynada ənənə halını alan “Ukrayna-Azərbaycan Döyüşçü Qardaşlıq İcması” tərəfindən iftar proqramı təşkil olunub.

Hafta.az-ın yazdığına görə, proqrama Krım tatarlarının ümummilli lideri, millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov, KTMM sədrinin müavini Nəriman Cəlal, Ukrayna parlamentinin üzvləri Anatoli Ostapenko, Bohdan Matkivski, Ukrayna Müdafiə Nazirliyinin zabit və əsgərləri, Ukraynada Rusiyanın hücumlarına qarşı döyüşən gürcü və çeçen batalyon komandirləri, Azərbaycan əsilli ukraynalı əsgərlər iştirak ediblər.

İcmanın prezidenti Vidadi İsrafilov bütün iştirakçılara təşəkkürünü bildirib. İftar proqramına toplaşan nümayəndələr Ukraynanın ağır günlərində birlik və həmrəylik içində olduqlarını bir daha təsdiqləyiblər.

Proqram çərçivəsində çıxış edən Kırımoğlu, Ukraynanın işğal altında olan torpaqlarının qısa zamanda azad edilməsini arzu edərək, “Güc birlikdədir” deyib. Digər iştirakçılar da Ukraynaya qələbə arzulayıblar.

İftar süfrəsindən sonra çeçen komandirlər və Krım Tatar Milli Məclisinin üzvləri cəbhədəki xidmət və dəstəyə görə Ukrayna Milli Qvardiya Komandanlığı tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

Seçilən
27
hafta.az

1Mənbələr