Türkiyədə Anadolu magistralının Bolu və Düzcə hissəsində Ramazan Bayramı tətilləri səbəbindən yola çıxan sürücülər sıxlıq yaradır.
Redaktor.az xəbər verir ki, bayramı doğma şəhərlərində və ya istirahət bölgələrində keçirmək istəyən vətəndaşlar magistral yollarda hərəkəti artırıb.
Xüsusilə "İstanbulun Anadoloya açılan qapısı" kimi tanınan yolun Ankara istiqamətində – Bolu Dağı Tuneli, Abant Qovşağı, Köroğlu və Yenıçaa rampaları ilə Gerede-Karadeniz bağlantı nöqtəsində nəqliyyat axınının sıx olduğu müşahidə edilir.
Bəzi kiçik qəza halları da zaman-zaman hərəkətin yavaşlamasına səbəb olur. İstanbul istiqamətində avtomobil hərəkəti normal davam edərkən, D-100 magistralının Ankara istiqamətində isə müəyyən hissələrdə sıxlıq yaranıb.
Kənan YUSİF