AZ

“Turan Tovuz”un futbolçusu Gürcüstan klubunda 

“Turan Tovuz”un futbolçusu Əsəd Əsədov karyerasını Gürcüstanda davam etdirəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, 19 yaşlı oyunçu “Samtredia” klubu ilə anlaşıb. Tovuz təmsilçisi Əsədovu mövsüm sonuna qədər Gürcüstan klubuna icarəyə verib.

Son olaraq U-19 millimizə dəvət alan futbolçunun Rusiya vətəndaşlığı da var. Onun adı Gürcüstan çempionatının 3-cü turu çərçivəsində bu gün “Bolnisi”yə qarşı  keçiriləcək görüşün iştirak ərizəsinə daxil edilib.

Seçilən
34
idmanxeber.az

1Mənbələr