AZ

''Fənərbaxça'' bu mövsüm ilk dəfə bunu bacardı

Türkiyə çempionatının 29-cu turunda ''Fənərbaxça'' ''Bodrum''un qonağı oldu.

''Football-plus.az'' xəbər verir ki, debütant ''Bodrum'' son həftələrin ən diqqətçəkən klublarından idi. Joze Moraiş baş məşqçi postuna gəldikdən bu yana bu kollektiv 7 rəsmi oyunun heç birində uduzmamış və üstəlik bu oyunlarda qol da buraxmamışdı. Amma Moraiş gözəl tanıdığı və vaxtilə köməkçisi olduğu ünlü həmyerlisi Joze Mourinyo qarşısında ''ağ bayraq'' qaldırmalı oldu.

''Bodrum'' ''Fənərbaxça'' önündə cəmi 5 dəqiqə tab gətirə bildi və matçın taleyi artıq ilk yarıda həll olundu. Şkrinyar artıq 5-ci dəqiqədə həm qələbənin əsasını qoydu, həm də Türkiyə karyerasında ilk qolunu vurdu. Bununla da ''Bodrum''un qol buraxmamaq seriyası 668-ci dəqiqədə qırıldı. Düzdü, meydan sahibləri yarım saatın tamamında Talişkanın əllə oyununa görə qazanılan penaltini Puşkaş ilə qola çevirdilər. Amma komanda bu qolu vurmağına peşman oldu.

Fasiləyə qədər Oğuz Aydın, Şimanski və penaltidən fərqlənən Talişka hesabı 4:1 etdi. Meydan sahiblərinin gücü ikinci hissədə yalnız bir qol vurmağa və darmadağından qurtulmağa yetdi (2:4). ''Fənərbaxça'' bu mövsüm ilk dəfə bir rəsmi oyunun birinci hissəsində 4 qol vurdu! Komandanın səfərdəki məğlubiyyətsiz seriyası 11 rəsmi oyuna yüksəldi (7 qələbə, 4 heç-heçə).

Mourinyonun kollektivi bu mövsüm superliqada səfərdə keçirdiyi 14 qarşılaşmada 36 qol vurub ki, bu da orta hesabla hər oyuna 2,57 qol deməkdi. Bu, klub tarixinin ən yüksək göstəricisidi! ''Fənər'' xalını 65-ə yüksəltdi. 71 xalla lider olan ''Qalatasaray'' bu gün səfərdə ''Beşiktaş'' ilə qarşılaşacaq.

Seçilən
40
football-plus.az

1Mənbələr