AZ

BOKT-ların xalis mənfəəti 2 dəfədən çox artıb - Hesabat

2024-cü il 31 dekabr tarixinə bank olmayan kredit təşkilatlarının mənfəəti 2 dəfədən çox artaraq 157.1 mln. manata yüksəlib. 

Valyuta.Az xəbər verir ki, əvvəlki ilin eyni dövründə bu rəqəm 75.8 mln. manat olub. 

Faiz və gəlirlərin bu qəbildən olan növləri 188.6 mln. manatdan 246.4 mln. manata, qeyri-faiz gəlirləri isə 8 dəfəyə yaxın artaraq 25.1 mln. manatdan 191.9 mln. manata yüksəlib. 

Faizlər və onlara bağlı xərclər 28.2 mln. manatdan 37 mln. manata, qeyri-faiz xərcləri isə 86.3 mln. manatdan 139.1 mln. manata çatıb.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) 10 dəfəyə yaxın artaraq 64.3 mln. manata yüksəlib. Halbuki əvvəlki ilin eyni dövründə bu göstərici 6.5 mln. manat idi. 

BOKT-ların ödədikləri mənfəət vergisində də milyonluq artım baş verib. Belə ki, 2023-cü ilin yekununda 17.4 mln. manat mənfəət vergisi ödəyən BOKT-lar 2024-cü ilin sonunda 41.6 mln. manat mənfəət vergisi ödəyiblər. 

Vergilər ödənilənədək mənfəət (zərər) 2023-cü ilin 31 dekabr tarixində 93.1 mln. manat idisə, 2024-cü ilin eyni tarixində bu rəqəm 198.6 mln. manata yüksəlib. 

Əlavə edək ki, gündәlik (qısamüddәtli), yaşayış sahәsinin alınması vә tikintisinә verilmiş kreditlәr istisna olmaqla BOKT sektorunda milli valyutada verilmiş istehlak kreditlәrinin orta faiz dərəcəsi 35% olub. 

Qeyd: "Aqrarkredit" QSC-nin maliyyə nəticələri bura daxil deyil    

Rəhim

Seçilən
14
valyuta.az

1Mənbələr