Son günlər mediada gündəmə gətirilən, sosial şəbəkələrdə müzakirələrə və mübahisələrə səbəb olmuş İTS ilə xəstələrin özəl tibb müəssisələrinə göndərişlər problem dəyirmi masada müzakirəyə çıxarıldı.
“Medicina” xəbər verir ki,Özəl Tibb Müəssisələri Assosiasiyası son zamanlar artan şikayətlər və pasiyent narazılıqların aradan qaldırılması, qeyd olunan mövzuda obyektivliyin araşdırılması , vətəndaşın tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, təcili xəstələrin birbaşa, gecikdirilmədən ixtisaslı yardım ala biləcəyi mərkəzlərə çatdırılması, neqativ halların aradan qaldırılması yollarını qarşılıqlı müzakirə etmək və ortaq həll yollarını araşdırmaq üçün aidiyyatı dövlət qurumları: Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi( Kobia), İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlaka Nəzarət Dövlət Xidmətinə məktublar ünvanlayıb.
İdarə Heyətinin sədri Günel Əliyevanın açıqlamasına görə, adı çəkilən qurumların nümayəndələri iləKOBİA təşkilatçılğı ilə KOB evində dəyirmi masabaş tutmuşdur.
“Sadalanan neqativ halların son illər görülən bu qədər böyük işləri kölgələyə biləcəyi və vaxtında konstruktiv tədbirlərin zərurətindən danışılıb.
Çox sevindirici haldır ki,İTS tədbiqi ilə əhalinin aztəminatlı hissəsinin tibbi xidmətlərə əlçatanlığı əvvəlki illərə nisbətən çox yüksək nisbətdə artmışdır. Əhalinin İTS vasitəsilə tibbi xidmətlərlə təmin edilməsində özəl tibb müəssisələrinin rolu danılmazdır. Çünki bu müəssisələrdə daha çox dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan tibbi xidmətlər göstərilir. Digər xidmətlərə isə xəstələr göndəriş ala bilmədiyi üçün dövlət tibb müəssisələrində lazımsız sıxlıq və haqlı narazılıq yaranır. Eyni zamanda vətəndaşın öz həkimini və xəstəxananı seçmə hüququ pozulur.
Vətəndaşların özəl xəstəxanalarda İTS haqlarından yalnız icazə verilən xidmət çərçivəsində istifadə edə bilməsi məhdudiyyəti, bəzi xidmət sahələrinn ixtisasçılarının ümumiyyətlə özəl xəstəxanalardan uzaqlaşmasına səbəb olur.
Yaddan çıxarmaq olmaz ki, Özəl Tibb Müəssisələrinin inkişafı və güclənməsi prioritet təşkil edən mövzudur.
Bu müəssisələrin ölkənin müasir dünya standartları səviyyəsində tibbi xidmət göstərə bilməsində, iqtisadiyyatının güclənməsində , sağlamlıq göstəricilərimizin yaxşılaşmasında, əhalinin məşgulluğunun artırılması , dövlət sektorunun üzərinə düşən ümumi səhiyyə yükünün azaldılmasıkimi vacib məsələlərdə rolu əvəz olunmazdır. Bu problemlərin həlli sosial şəbəkələrdə müzakirə ilə yox, ÖTMA-nın aidiyyatlı səlahiyyətli qurumlarla yarada biləcəyi daimi işçi qrupu çətiri altında konstrtuktiv həll yollarının axtarılması ilə daha səmərəli ola bilər”.
MEDİCİNA.AZ