AZ

"Çelsi" Niko Uilyamsın transferi üçün danışıqlara start verib

Bakı. Trend:

"Çelsi" klubu İspaniyanın "Atletik" komandasında çıxış edən 22yaşlı vinger Niko Uilyamsın transferi üçün danışıqlarabaşlayıb.

Trend xəbər verirki, London təmsilçisi yay transfer pəncərəsində futbolçunu heyətinəqatmaq niyyətindədir. Uilyamsın klubla müqaviləsində 58 milyonavroya sərbəst qalması ilə bağlı xüsusi bənd yer alır və "Çelsi"məhz bu şərtdən istifadə etməyi planlaşdırır.

Bununla belə, transferin baş tutub-tutmayacağı "Çelsi"ninÇempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq.Çünki Uilyams yalnız qitənin ən nüfuzlu klub turnirində oynamağaüstünlük verir.

Qeyd edək ki, ispan futbolçu cari mövsümdə 37 matçda iştirakedərək 9 qol və 7 assistlə yadda qalıb. Onun "Atletik"lə müqaviləsi2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
10
2
az.trend.az

3Mənbələr