AZ

Flik: “Levandovski yalnız komanda uğuru istəyir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumda Robert Levandovski ilə Ferran Torres arasındakı rəqabətdən danışıb.

Futbolpress.az xəbər verir ki, almaniyalı mütəxəssis Levandovskinin La Liqa bombardiri mükafatını düşünmədiyini bildirib:

“Ferran və Levi ilə danışdım. “Osasuna” ilə oyundan öncə qarşıdakı matçları nəzərə alaraq qərarımızı vermişdik. Levandovski yalnız komanda uğuru istəyir, Piçiçi kubokunu yox. Komandanın nəyə ehtiyacı olduğuna baxır. Bu, çox yaxşıdır”.

“Barselona” La Liqada bazar günü “Jirona”nın qonağı olacaq.

Seçilən
19
futbolpress.az

1Mənbələr