1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Milli Müdafiə Nazirliyi 1918-ci il azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Oxu.Az-ın xəbərinə görə, nazirlik 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "X" hesabında paylaşım edib.
"107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmış Azərbaycan türkü qardaşlarımızın xatirəsini ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının dərdinə ürəkdən şərik oluruq", - deyə paylaşımda bildirilib.
107 yıl önce Ermeni çeteleri tarafından acımasızca soykırıma uğrayan Azerbaycan Türkü kardeşlerimizi rahmetle anıyor, dost ve kardeş Azerbaycan halkının acısını gönülden paylaşıyoruz. #TekMilletİkiDevlet 🇹🇷 🇦🇿#MillîSavunmaBakanlığı pic.twitter.com/eN0GK1rDDF
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 31, 2025