AZ

Bu ölkədə bayram namazında İZDİHAM: Ölən və yaralananlar var

Nigeriyanın şimal-şərqindəki Qombe əyalətində Ramazan bayramı namazından sonra yaranan izdihamda iki uşağın öldüyü, 22 nəfərin yaralandığı bildirilir.

KONKRET.az xəbər verir ki, Qombe əyalət polisinin sözçüsü Buhari Abdullahi verdiyi yazılı açıqlamada məscidin çıxışında izdiham yaşandığını bildirib.

Yaralıların ətraf xəstəxanalara çatdırıldığını bildirən Abdullahi hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
98
konkret.az

1Mənbələr