AZ

Mərakeş kralı VI Məhəmməd Ramazan bayramı münasibətilə 1533 məhkumu əfv edib

Bakı. Trend:

Mərakeş kralı VI Məhəmməd Ramazan bayramı münasibətilə müxtəlifcinayətlərə görə məhkum olunmuş 1533 nəfəri əfv etmək qərarınagəlib.

Trend-in MaghrebArab Press (MAP) xəbər agentliyinə istinadən verdiyi məlumata görə,kral bayram namazını vəliəhd şahzadə Mulay Həsən, qardaşı şahzadəMulay Rəşid, eləcə də şahzadələr Mulay Əhməd və Mulay İsmayıllabirlikdə Rabatdakı Əhli-Fəz məscidində qılıb.

Məscidin imamı namazdan sonra xütbə oxuyaraq, martın 30-da başaçatan Ramazan ayının mənəvi və dini əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, VI Məhəmməd 1999-cu ildə atası II Həsəndən sonrataxta çıxıb və 17-ci əsrdən bəri hakimiyyətdə olan Alauilərsülaləsinin nümayəndəsidir.

Seçilən
83
az.trend.az

1Mənbələr