Bakı. Trend:
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısıRəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdanSizi və günəşli Azərbaycan Respublikasının bütün müsəlmanlarınımüqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.
Əminəm ki, Azərbaycanda müsəlmanlar Ramazan sınaqlarından dərinetiqad və ləyaqətlə çıxıb, mənəvi təmizliyə, mükəmməlləşməyə vəyüksək idealların həyata keçməsinə səy göstəriblər. Bu müqəddəs aybizə prioritetləri düzgün seçməyi, ruhun gücünü artırmağı vəhəyatda şəfqətin, quruculuğun, mərhəmətin və qarşılıqlı hörmətinəsas olduğunu öyrədir. Bu əbədi dəyərlər milli mənsubiyyətindən vəetiqadından asılı olmayaraq bütün insanları birləşdirir.
Hörmətli İlham Heydər oğlu, bu müqəddəs bayram münasibətiləSizə, yaxınlarınıza və Azərbaycanın bütün əhalisinə möhkəmcansağlığı, uzun ömür, xoşbəxtlik və tərəqqi arzulayıram.
Qoy həmişə sülh, əmin-amanlıq və sevinc Sizinlə olsun,Azərbaycan isə öz ənənələrini qoruyub saxlayaraq və xalqlarımızarasında dostluğu möhkəmləndirərək inkişafa davam etsin".