Bakı. Trend:
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezidentİlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Maldiv Respublikasınınhökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqınasəmimi təbriklərimizi çatdırırıq.
Ramazan ayı mənəvi yenilənmə, düşüncə və birlik dövrüdür,insanları imana, mərhəmətə və xeyirxahlığa ilhamlandıran aydır.
Bu müqəddəs ayın başa çatmasını qeyd etdiyimiz vaxtda qoy bubayram bizim dostluq əlaqələrimizi, əməkdaşlığımızı daha damöhkəmləndirsin, ölkələrimizə əmin-amanlıq və firavanlıqgətirsin.
Dua edirəm ki, Uca Allah Zati-alinizə və Azərbaycan xalqınasonsuz ruzi-bərəkət bəxş etsin. Bu Ramazan bayramında Sizə möhkəmcansağlığı və davamlı uğurlar arzu edirəm.
Həmçinin bu xoş fürsətdən istifadə edib İordan çayının qərbsahilində və Qəzzada fələstinlilərin iztirablarınınyüngülləşdirilməsi və Fələstin xalqının öz müqəddəratını təyinetməvə paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətininyaradılması işinə ədalətli və davamlı həll yolunun təmin edilməsiməqsədilə İslam ümmətini səylərimizi birləşdirməyə çağırıram".