Bakı. Trend:
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart TokayevPrezident İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı– Ramazan münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qoy bəşəriyyətin mənəvi saflaşmasının və hərtərəflitəkmilləşməsinin başlanğıcı olan bu müqəddəs bayramda xalqlarımızınbirliyi möhkəmlənsin, xoşbəxtliyi artsın.
Hörmətli İlham Heydər oğlu, bütün müsəlmanların səbirsizlikləgözlədiyi və böyük sevinclə qeyd etdiyi bu müqəddəs bayrammünasibətilə Sizə xoşbəxtlik və məsuliyyətli işinizdə böyükuğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzuedirəm.
Allah niyyətlərimizi, xeyirxah əməllərimizi qəbul etsin, hamımızbir Ramazandan o biri Ramazana, bir ildən digərinə uğurlakeçək.
Ramazan bayramınız mübarək!".