
ABŞ-nın Arkanzas ştatında güclü fırtına fəsadlar törədir.
Reyting.az xəbər verir ki, bu barədə “Fox Weather” telekanalı məlumat yayıb.
Bildirilir ki, Arkanzas ştatında güclü tornado tüğyan edir. Tamaşaçılara təqdim olunan videogörüntülərdə elektrik dirəklərini yerindən qoparan tornadonun magistral yolla “hərəkət” etdiyi aydın görünür.
ABŞ Hava Xidməti tornadonun Arkanzas ştatının bir neçə şəhərində ciddi fəsadlar törədə biləcəyi ilə bağlı xəbərdarlığı edib.
V. QULİYEV