Bakı. Trend:
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimaiPalatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrəKomissiyasının sədri İrina Viner Azərbaycan Respublikasının Birincivitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramımünasibətilə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Birinci vitse-prezident.
Sizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən və müqəddəs Ramazanayının başa çatmasının rəmzi olan bu əlamətdar bayram İslamaləmində ən çox ehtiram göstərilən bayramlardan biri kimi insanlarımənəvi kamilliyə, şəfqət və mərhəmətə səsləyir.
Müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya vəəməkdaşlığa töhfə verərək insanları birləşdirən bu bayram millətlərarasında həmrəyliyin möhkəmləndirilməsi və mədəni müxtəlifliyəhörmətin artırılması baxımından mühüm rola malikdir. Siz budəyərləri dövlətçilik fəaliyyətinizdə daim rəhbər tutursunuz.
İdmanın inkişafı, vətəndaşların rifahının yaxşılaşdırılması vəsabitliyin qorunub saxlanılması istiqamətində gördüyünüz işlərdərin rəğbət və heyranlıq doğurur. Sizin öz fəaliyyətinizləgöstərdiyiniz sədaqət və liderlik nümunəsi AzərbaycanRespublikasının firavanlığına və inkişafına töhfə verir.
Bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı, mühümdövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, ölkənizə davamlı tərəqqivə əmin-amanlıq diləyirəm".