Bakı. Trend:
Bakı. Trend:
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimaiPalatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrəKomissiyasının sədri İrina Viner Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrikməktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Sizi Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Müsəlmanlar üçün mühüm əhəmiyyətə malik bu bayram müqəddəs Ramazanayının başa çatmasını simvolizə edir və İslam dünyasında ən çoxehtiram göstərilən bayramlardan biridir. Bu bayram insanları mənəvikamilliyə, mərhəmətə və şəfqətə dəvət edir.
Ramazan bayramı müxtəlif etnik və dini qruplar arasındaqarşılıqlı anlaşmaya və əməkdaşlığa töhfə verərək insanlarıbirləşdirir. Bu bayram millətlərarası həmrəyliyinmöhkəmləndirilməsində və mədəni müxtəlifliyə hörmətinartırılmasında mühüm rol oynayır. Siz bu dəyərləri dövlətçilikfəaliyyətinizdə daim dəstəkləyirsiniz.
Azərbaycan Respublikasının inkişafı, vətəndaşların həyatşəraitinin yaxşılaşdırılması və sabitliyin möhkəmləndirilməsiistiqamətində gördüyünüz işlər dərin hörmət və heyranlıq doğurur.Siz öz xalqınıza sədaqət və liderlik nümunəsi göstərirsiniz və bu,heç şübhəsiz, ölkənizin rifahına töhfə verir.
Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı,firavanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar,ölkənizə və xalqınıza davamlı sülh, harmoniya arzulayıram".