Bakı. Trend:
Ağcabədidə qida məhsullarının saxlandığı anbarda istehlakayararsız məhsullar aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanındafəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsusanbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıqmüddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçininistehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə vəbirbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbimüayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilibvə icrası məcburi göstərişlər verilib.