AZ

Nazir: Türkiyə ABŞ-lə yeni idxal rüsumunun ləğvini müzakirə etmək niyyətindədir

Türkiyə ABŞ ilə Vaşinqton tərəfindən tətbiq edilən 10% idxal rüsumunun ləğvini müzakirə etmək niyyətindədir.

"Report"un türk mediasına istinadən məlumatına görə, bunu ticarət naziri Ömər Bolat bildirib.

Onun sözlərinə görə, may ayının ortalarında ABŞ-a səfəri zamanı rüsumlar mövzusunu müzakirə etməyi planlaşdırır.

"Biz ABŞ ticarət nazirliyi və ABŞ ticarət nümayəndəliyi ilə danışıqlarda idxala tətbiq edilən 10% əlavə rüsumun ləğvini müzakirə etmək istəyirik", - deyə o bildirib.

Seçilən
149
report.az

1Mənbələr