AZ

Azərbaycanda növbəti torpaq hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 7-də növbəti dəfə torpaq hərracları keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Bərdə, Xaçmaz, Beyləqan və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 11 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Seçilən
106
19
report.az

10Mənbələr