AZ

Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev işdən çıxarılıb - EKSKLÜZİV

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

APA-nın əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Mədəniyyət Nazirliyi təyinatı APA-ya təsdiq edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

Seçilən
112
26
apa.az

10Mənbələr