AZ

“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında daha bir gözlənilməz ayrılıq yaşanacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində "Pembe" obrazını canlandıran Sibel Taşçıoğlu seriala vida edəcək.

Bildirilir ki, baş rol ifaçılarından biri olan Sibel Taşçıoğlunun serialdan ayrılmasına səbəb hekayəsinin yekunlaşmasıdır.

Qeyd edək ki, serial daha öncə də bir neçə baş rol ifaçısının ayrılması ilə gündəmə gəlib.

Seçilən
215
publika.az

1Mənbələr