AZ

10 yeni stansiyanın yeri dəqiqləşdirilir - Emil Əhmədov

10 yeni stansiyanın yeri dəqiqləşdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

Onun sözlərinə görə, bununla bağlı ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. 

“Yeri gəlmişkən bu 10 stansiya arasında olan “Ağşəhər” və NZS qəsəbəsində tikiləcək  stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün çox vacibdir. Bənövşəyi xətdə isə  6 yeni stansiya inşa ediləcək. Nəticədə bu xətdə də intervallar azaldılacaq. “Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşıma metronun gücü 88 milyon nəfər artırılacaq”.

Mina Mikayılova

Seçilən
155
1
bakivaxti.az

2Mənbələr