AZ

"Aston Villa" "Barselona"ya hücumçusu üçün 50 milyon avro təklif edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərənin "Aston Villa" klubu "Barselona"ya hücumçusu Ferran Torres üçün 50 milyon avro ödəməyə hazırdır.
Oxu.Az xəbər verir ki, Birmingem klubu start heyətində daimi yeri olmayan 25 yaşlı futbolçu üçün "Barselona" ilə danışıqlara başlayıb.
"Transfermarkt" Ferran Torresin dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
Forvard bu mövsümdə Hans-Diter Flikin komandasının heyətində 36 matçda 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya nəhəngi ilə müqaviləsi 2026-2027 mövsümünün sonuna qədərdir.
Seçilən
177
oxu.az

1Mənbələr