AZ

Ağacları kəsərək təbiətə 11 min manatdan çox ziyan vuran şəxs cəzalandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nəsimi rayonu, Cavadxan küçəsində kafelərdən birinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.
Bu barədə Oxu.Az-a idarənin rəisi Qafar Ağayev məlumat verib.
Bildirilib ki, araşdırma ilə ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişinə əsasən kəsildiyi və təbiətə 11 700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
"Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib".
Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi Rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.
Seçilən
134
15
oxu.az

10Mənbələr