Türkiyənin “Show TV” telekanalının yüksək reytinqli seriallarından olan “Kızılcık Şerbeti”ndə “Pembe” obrazına həyat verən Sibel Taşçıoğlunun ayrılmağa hazırlaşması izləyicilərin təəccübünə səbəb olub.
“Cebheinfo.az” xəbər verir ki, bir çox izləyici bu addımı “gözlənilməz” adlandırıb. Bu ayrılığın dəqiq səbəbi açıqlanmasa da, bəzi iddialar var. İlk iddia sözügedən obrazın hekayəsinin bitdiyi və yeni mövsümdə ssenaridə dəyişikliklərin olacağı üçün bu addımın atıldığıdır. İkinci iddia isə bir az qəribədir.
Belə ki, aktrisanın başqa serialla anlaşdığı üçün “Kızılcık Şerbeti”ndən öz istəyi ilə ayrılmaq istədiyi deyilir. Lakin hələ ki, “Pembe”nin ekran işindən nə üçün anidən ayrılması ilə bağlı rəsmi açıqlama yoxdur. Ona görə də iddialarının doğru olub-olmadığı sual altındadır.