AZ

Bələdiyyə sədri CHP-dən istefa verdi: İmamoğluya dəstək verməmişdi

Türkiyənin Qaziantep bölgəsinin Şehitkamil bələdiyyəsinin sədri Umut Yılmaz təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun partiya rəhbərliyi ilə fikir ayrılığı yaşadığı bildirilir.

Qeyd edək ki, U.Yılmaz İstanbul Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbs olunmasından sonra partiyası ilə bağlı heç bir paylaşım etməyib. O, bələdiyyə rəhbərlərinin saxlanılmasına da heç bir münasibət bildirməyib.

Seçilən
199
2
publika.az

3Mənbələr