AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, komitə 2 klubu cərimələyib.
“Sabah”la görüş bitdikdən sonra azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün “Kəpəz” 1500 manat cərimə olunub.
“Araz-Naxçıvan”la matçda isə “Sumqayıt” azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. Bu hal mövsümdə 3-cü dəfə təkrarlandığından, “Sumqayıt” 1000 manat cərimə ilə üzləşib.