Bakı. Trend:
ABŞ-nin cənub və mərkəzi ştatlarında daşqınlarla müşayiət olunanqasırğalar səngimək bilmir. Artıq təbii fəlakət nəticəsindəölənlərin sayının 24 nəfərə çatdığı bildirilir.
Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, tornado və daşqınlar nəticəsində Tennesi ştatında10 nəfər, Kentukkidə 5 nəfər, Missuridə 3 və Arkanzas və Corciyadahərəsinə 2 nəfər həyatanın itirib.
Bundan başqa, Arkanzas ştatında və Missisipidə ölənlərin olduğudeyilir. Onlardan biri ağacın aşması nəticəsində həlak olmuş beşyaşlı uşaqdır.
Təbii fəlakət bölgənin infrastrukturuna ciddi ziyan vurub.Daşqınlar fonunda Texas və Ohayo ştatlarının bir çox yerlərindəelektrik və qazın verilişi dayandırılıb.