AZ

“Baku Open”də 19 şahmatçımız yarışacaq

Aprelin 27-dən mayın 6-na qədər Azərbaycanda beynəlxaq “Baku Open” şahmat turnirinin keçiriləcəyini xəbər vermişdik.

Yarışlar üç kateqoriya (A, B, C) üzrə keçiriləcək. Azərbaycanı A qrupunda Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Misrətdin Əsgərov, Əhməd Əhmədzadə və Read Səmədov təmsil edəcək. Qalan qruplarda isə 13 şahmatçımız yer alacaq. İndiyə qədər 60 şahmatçı A qrupunda iştirakını təsdiqləyib.

Xatırladaq ki, İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq festivalın mükafat fondu 55 min ABŞ dollarıdı.

Seçilən
78
football-plus.az

1Mənbələr