AZ

Avropa çempionatında qadın güləşçilərimiz mübarizəyə BAŞLAYIR

Slovakiyanın Bratislava şəhərində keçirilən güləş üzrə Avropa çempionatının üçüncü günündə sərbəst güləş üzrə iki qadın güləşçimiz mübarizəyə qatılacaq.

Bizim.Media xəbər verir ki, 55 kq çəki dərəcəsində Elnurə Məmmədova, 59 kq çəki dərəcəsində isə Alena Kolesnik mübarizəyə start verəcək.
 

Kişilərin görüşündə isə Ağanəzər Novruzov bolqarıstanlı rəqibi Ramazan Ramazanovla bürünc medal uğrunda mübarizə aparacaq.


Osman Nurməhəmmədov və Giorgi Meşvildişvili isə final görüşü üçün döşək üzərinə çıxacaq.

Hazırda Azərbaycanın aktivində sərbəst güləşçilərin qazandığı üç medal var: İslam Bazərqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal qazanıblar.

Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr