AZ

Prezident İlham Əliyev: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik

Bakı. Trend:

Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyinigözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrininkişafı baxımından vacib səfər olacaq.

Trend xəbər verir ki, bubarədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yenidünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Bu günə qədər iki ölkənin yüksək səviyyəli nümayəndələrininqarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısıvurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər biziməmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütünqonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaqistəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimizvar”.

Seçilən
34
40
az.trend.az

10Mənbələr